...

Səfir: Britaniya və Azərbaycanı uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir (YENİLƏNİB-2)

Siyasət Materials 23 Noyabr 2017 14:32 (UTC +04:00)
Böyük Britaniya və Azərbaycanı energetika sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir.
Səfir: Britaniya və Azərbaycanı uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir (YENİLƏNİB-2)

Bakı. Trend:

Böyük Britaniya və Azərbaycanı energetika sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Britaniyanın “Millers Oil” şirkətinin Azərbaycanda istehsalat sahəsinin açılışına həsr olunmuş tədbirdə deyib.

Xanım səfir Britaniya şirkətinin Azərbaycanda istehsalat sahəsinin açılışı məsələsinə toxunaraq bunu önəmli adlandırıb və deyib: "Azərbaycan Milli Elmlər Akademiyasının “Millers Oil” ilə əməkdaşlığı Azərbaycanın istehsal potensialı üçün böyük addımdır və artıq ölkədə ən yeni texnologiyaların istifadəsinə yol açıb".

Diplomat Azərbaycanı “Əsrin müqaviləsi”nin müddətinin uzadılması münasibətilə də təbrik edib:

“Bu, Azərbaycana və azərbaycanlılara öz təbii resurslarından tam ölçüdə yararlanmağa imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti