...

Səfir: Əfqanıstan Azərbaycana bu ölkədə sülhməramlı hərbi kontingentin artırılması qərarına görə minnətdardır

Siyasət Materials 27 Noyabr 2017 12:49 (UTC +04:00)
Əfqanıstan Azərbaycana bu ölkədə sülhməramlı missiya çərçivəsində hərbi kontingentin artırılması qərarına görə minnətdarlığını bildirir
Səfir: Əfqanıstan Azərbaycana bu ölkədə sülhməramlı hərbi kontingentin artırılması qərarına görə minnətdardır

Bakı. Ləman Zeynalova - Trend:

Əfqanıstan Azərbaycana bu ölkədə sülhməramlı missiya çərçivəsində hərbi kontingentin artırılması qərarına görə minnətdarlığını bildirir.

Trend-in məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, bu qərar onu göstərir ki, Azərbaycan təkcə Əfqanıstanda deyil, bütün dünyada sülhün bərqərar olunmasında maraqlıdır.

Səfir həmçinin xatırladıb ki, iki ölkə arasında əldə olunmuş sazişə əsasən əfqanıstanlı hərbçilər Azərbaycanda təlimlər keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti