...

Azərbaycan nümayəndə heyəti Moskvaya səfər edəcək

Siyasət Materials 29 Noyabr 2017 11:08 (UTC +04:00)
Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfər edəcək.
Azərbaycan nümayəndə heyəti Moskvaya səfər edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 noyabr tarixlərində Rusiya Federasiyasının İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək birgə fəaliyyət planı müzakirə ediləcək.

Nümayəndə heyətinə Azərbaycan Hüquqşünaslar Konfederasiyasını sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri və Şura üzvü Sahib Məmmədov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini və Şura üzvü Nərgiz Xələf, “Azərbaycan Rus Gənclər Assosiasiyasının” sədri Roman Boriskin, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Katibliyinin Beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin məsləhətçisi Camal Əhmədov daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti