...

Səfir: Şərq Tərəfdaşlığı sammiti Azərbaycan üçün ən yaxşı sammit oldu (YENİLƏNİB)

Siyasət Materials 29 Noyabr 2017 21:49 (UTC +04:00)
Noyabrın 24-də Brüsseldə baş tutan Şərq Tərəfdaşlığı sammiti Azərbaycan üçün ən yaxşı sammit oldu
Səfir: Şərq Tərəfdaşlığı sammiti Azərbaycan üçün ən yaxşı sammit oldu (YENİLƏNİB)

Bakı. Trend:

Noyabrın 24-də Brüsseldə baş tutan Şərq Tərəfdaşlığı sammiti Azərbaycan üçün ən yaxşı sammit oldu.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv"ə bildirib.

Səfir deyib: "Bu sammit çox konstruktiv, gələcəyə istiqamətləndirilmiş və real siyasətə əsaslanan olub. Bu sammit xalqları, ölkələri birləşdirdi və onları bir-birinə yaxınlaşdırdı".

Aİ və Azərbaycan münasibətlərinin gələcək gündəliyinə toxunaraq, F.İsgəndərov bildirib ki, yeni ortaqlıq sazişi üzrə danışıqlar davam etdiriləcək: "Bu sammitdən dərhal sonra başlayıb. Sammit cümə günü başa çatıb və bazar ertəsi, biz danışıqların yeni mərhələsinə başlamışıq. Biz Azərbaycanla Aİ arasında yeni saziş çərçivəsində siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdik".

Səfir danışıqlar prosesinin bütün mühüm layihələrin reallaşması ilə uyğunlaşdırılmış olacağına ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti