...

"Buta Airways" reysləri Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli olacaq (FOTO)

Siyasət Materials 16 Yanvar 2018 14:04 (UTC +04:00)
“Buta Airways” aviaşirkətinin həyata keçirəcəyi Bakı-Sofiya reysləri Azərbaycanla Bolqarıstan arasında turizm, biznes və münasibətlərin inkişafı üçün təməl olacaq.
"Buta Airways" reysləri Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli olacaq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

“Buta Airways” aviaşirkətinin həyata keçirəcəyi Bakı-Sofiya reysləri Azərbaycanla Bolqarıstan arasında turizm, biznes və münasibətlərin inkişafı üçün təməl olacaq.

Trend-in məlumatına görə, bunu “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə Sofiyada birinci reysə həsr olunmuş mətbuat konfransı zamanı deyib.

C.Manizadə layihənin qısa müddətdə həyata keçirilməsində göstərdikləri köməyə görə, Sofiya hava limanına, Bolqarıstan Mülki Aviasiya Administrasiyasına minnətdarlığını bildirib: “Mülki aviasiya və bugünkü hadisə Azərbaycanla Bolqarıstan paytaxtlarını daha da yaxınlaşdırdı. Biz çox şadıq ki, “Buta Airways” iki ölkə arasında körpü rolunu oynayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti