...

2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Siyasət Materials 2 Fevral 2018 20:03 (UTC +04:00)
Bu gün 2 fevral - Gənclər Günü münasibətilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimi keçirilib.
2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün 2 fevral - Gənclər Günü münasibətilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

Həmçinin tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, bugünkü gənclər vətənpərvər, təhsilə meyilli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardır: "Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir. Gənclərin ictimai təşəbbüskarlığı, iştirakçılığı, təşkilatlanması məsələləri də əsas məqsədlərdəndir".

Nazir qeyd edib ki, bu il ictimai hadisələrlə zəngindir: "Bildiyimiz kimi, Bakı 2025-ci ildə EKSPO sərgisinin keçirilməsi üçün 3 namizəd şəhərdən biridir. Bugünkü tədbirdə də məhz Ekspo 2025 üçün gənclər arasında esse müsabiqəsinin başlanğıcını elan edirik".

Bu il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Rəhimov ölkə gənclərinin Prezident İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti