...

Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq

Siyasət Materials 5 Fevral 2018 10:56 (UTC +04:00)
Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq.
Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq

Bakı. Trend:

Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti