Bakı. Trend:
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, V.Volodin Azərbaycana aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra gələcək.
O qeyd edib: "Biz parlament səviyyəsində kifayət qədər səmərəli işləyirik. Buna görə də Azərbaycana səfərim aprelində 11-dəki seçkilərdən sonra mütləq baş tutacaq".
Spikerin aparatından bildiriblər ki, Bakıya səfər rəsmi olacaq, dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib.