...

Ağdam, Laçın, Füzuli və Tərtərdə modul tipli 8 məktəb quraşdırılacaq - SİYAHI

Siyasət Materials 16 Fevral 2018 18:00 (UTC +04:00)
Ağdam, Laçın, Füzuli və Tərtərdə modul tipli 8 məktəb quraşdırılacaq.
Ağdam, Laçın, Füzuli və Tərtərdə modul tipli 8 məktəb quraşdırılacaq - SİYAHI

Bakı. Trend:

Prezident İlham Əliyev Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 590 000 manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Ağdam şəhər 85 nömrəli 96 şagird yerlik modul tipli köçkün tam orta məktəbin quraşdırılması

425 000

2

Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

3

Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

4

Füzuli şəhər 24 nömrəli 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

5

Füzuli şəhər 20 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

390 000

6

Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

7

Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

8

Laçın rayonu Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

Cəmi

2 590 000

Məqalədə:
Xəbər lenti

Xəbər lenti