...

Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Siyasət Materials 19 Fevral 2018 09:33 (UTC +04:00)
Azərbaycanda aprelin 11-ə təyin edilmiş president seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesi sabahdan başlayır.
Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesi sabahdan başlayır.

Trend-in məlumatına görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti