...

Səfir Azərbaycanın çayından, Litvanın liköründən danışdı

Siyasət Materials 20 Fevral 2018 14:55
Azərbaycan və Litva İKT sahəsində sahəsində iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir
Səfir Azərbaycanın çayından, Litvanın liköründən danışdı

Trend-i buradan izləyin

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və Litva İKT sahəsində iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Bunu Trend-ə və "Azernews" qəzetinə müsahibəsində Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.

Səfir Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı barədə danışıb: “Litva, Ukrayna, Belarusun dəmiryol qurumları, eləcə də bir sıra şirkət və limanın birgə layihəsi olan “Vikinq”də Azərbaycanın iştirakı Avropa və Asiya ölkələri arasında səmərəli alternativ dəhliz yaratmağa imkan verəcək”.

V.Lastauskasın sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün digər potensial sahələr kənd təsərrüfatı, tədqiqat, mühəndislik və digər sahələrdir:

İKT sahəsində əməkdaşlıq barədə danışan səfir vurğulayıb ki, Litva yüksək texnologiyaların geniş yayıldığı Avropa ölkələrindən hesab olunur: “Bu sahədə Litvada sürətlə inkişaf edən startaplarla yanaşı “Nasdaq”, “Uber”, “Wix”, “Revel Systems” və digər qlobal oyunçular fəaliyyət göstərir. İKT Litvada ən sürətlə inkişaf edən sektorlardandır”.

Səfir bildirib ki, kənd təsərrüfatında da əməkdaşlıq üçün yaxşı imkanlar var: "Litvalıların böyük əksəriyyəti Azərbaycan çayının, təzə və qurudulmuş meyvələrinin dadına bələddir. Azərbaycanlılar isə əminəm ki, Litvanın süd məhsullarını, qənnadı məmulatlarını və likörlərini sevir"

Səfir onu da əlavə edib ki, Litva mexaniki injinirinq, biotexnologiyalar, elektronika, robot texnikası, aviasiya, lazer texnologiyası, bərpa olunan enerji mənbələri, tibb avadanlıqlarının istehsalı və digər sahələrdə yaxşı təcrübəyə malikdir: “Bütün bu sahələr Azərbaycan üçün də aktualdır və sözsüz ki, Litva təcrübəsi ölkədə səmərəli şəkildə tətbiq oluna bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti