...

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi TARİX məlum oldu

Siyasət Materials 1 Mart 2018 19:03 (UTC +04:00)
Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XII hökumətlərarası iclası martın 11-12-də İranın paytaxtı Tehranda keçiriləcək.
Azərbaycan-İran hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi TARİX məlum oldu

Bakı. Fərhad Daneşvər - Trend:

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XII hökumətlərarası iclası martın 11-12-də İranın paytaxtı Tehranda keçiriləcək.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Diplomatik mənbədən verilən məlumata görə, iclasın keçirilməsi üçün artıq bütün lazımi işlər görülüb. Mənbə iclasın tarixinin növbəti dəfə dəyişə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, daha öncə Azərbaycan və İran arasında XII hökumətlərarası iclasın İranın Astara şəhərində yanvarda keçiriləcəyi barədə bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti