...

Deputat: Milli Şura martın 10-na mitinq təyin etməklə Seçki Məcəlləsinin tələblərini pozur

Siyasət Materials 6 Mart 2018 12:35 (UTC +04:00)
Milli Şura martın 10-na mitinq təyin etməklə Seçki Məcəlləsinin tələblərini pozur.
Deputat: Milli Şura martın 10-na mitinq təyin etməklə Seçki Məcəlləsinin tələblərini pozur

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Şura martın 10-na mitinq təyin etməklə Seçki Məcəlləsinin tələblərini pozur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər: “Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir. Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır”.

Q.Həsənquliyev ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarı olduğunu söyləyib: “Sadəcə olaraq martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu, qanunla martın 19-dan sonra həyata keçirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti