...

Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetində AXC-nin 100 iliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək (FOTO)

Siyasət Materials 15 Mart 2018 09:31 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın ən böyük Universitetlərindən biri olan Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalım Mutanov arasında görüş olub.
Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetində AXC-nin 100 iliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın ən böyük Universitetlərindən biri olan Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalım Mutanov arasında görüş olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ortaq təlim proqramlarının təşkili, kadrların peşəkarlığının artırılması, o cümlədən professor-müəllim heyətinin mübadilə şəklində tədris prosesinə cəlb edilməsi məsələləri müzakirə edilib. Rektor Qalım Mutanov ortaq türk köklərinə malik iki qardaş xalq arasında mədəni-tarixi əlaqələrdən danışıb.

Rektor “Xeyirxah cəmiyyət vətəndaşlarının formalaşması” layihəsi barədə məlumat verərək vuirğulayıb ki, məqsəd gənc nəslə müsbət təsir edəcək ideologiyanın düzgün şəkildə həyata keçirilməsidir.

1934-cü ildə təsis edilən Universitet artıq Orta Asiyada ən böyük təhsil ocaqlarından sayılır. Burada 20 mindən artıq tələbə, 4000 nəfər aspirant təhsilini davam etdirir. Universitetin 16-dan çox fakültəsi, böyük elmi laboratoriyaları var.

Rektor bildirib ki, artıq universitetdə hər il siyasi, sosial və aktual elmi problemlərin müzakirə edilməsi üçün ənənəvi illik Beynəlxalq Fərabi konfransı keçirilir.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə öz növbəsində Azərbaycanla Qazaxıstan arasında qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etməsi ilə bağlı fikirlərini bölüşüb. İki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyini vurğulayıb. Diplomat bu nüfuzlu ali təhsil ocağında Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfransın keçirilməsini təklif edib. Görüşdə bununla bağlı razılıq əldə olundu. Görüşdə eləcə də Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin bazasında Azərbaycanla bağlı elmi-təhsil mərkəzinin yaradılması ilə bağlı qərar qəbul edilib. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti