...

Rumıniyanın Baş naziri: Region ölkələrinə multikulturalizm məsələlərində Azərbaycanın sahib olduğu müsbət təcrübəni əldə etmək lazımdır

Siyasət Materials 15 Mart 2018 15:34 (UTC +04:00)
Multikulturalizm məsələlərində Qara və Xəzər dənizləri regionundakı ölkələrə Azərbaycanın sahib olduğu müsbət təcrübəni əldə etmək lazımdır.
Rumıniyanın Baş naziri: Region ölkələrinə multikulturalizm məsələlərində Azərbaycanın sahib olduğu müsbət təcrübəni əldə etmək lazımdır

Bakı. Azad Həsənli - Trend:

Multikulturalizm məsələlərində Qara və Xəzər dənizləri regionundakı ölkələrə Azərbaycanın sahib olduğu müsbət təcrübəni əldə etmək lazımdır.

Trend-in məlumatına görə, bu barədə Rumıniyanın Baş naziri Viorika Dençilenin VI Bakı Qlobal Forumunun iştirakçılarına ünvanlanmış məktubunda deyilir.

Baş nazir bildirib: “Burada, Qərblə Şərqin kəsişməsində Azərbaycan multikultural cəmiyyəti olan etibarlı regional oyunçu kimi vacib rol oynayır. Mən inanıram ki, Azərbaycanın bu sahədə vacib təcrübəsi var və bizimlə bölüşə bilər. Bizim regionumuza bu cür müsbət təcrübə lazımdır”.

V.Dençile həmçinin xatırladıb ki, bu il Azərbaycan və Rumıniya 100 illik yubileylərini qeyd edir: “Yüz il əvvəl Azərbaycan regionda parlamentli demokratiya və qadın hüquqlarının təmin olunmasında ən yüksək standartları təyin etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti