...

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski təbrik edib

Siyasət Materials 17 Mart 2018 18:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski təbrik edib.

Təbrikdə deyilir: "Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.

Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti