...

Fransalı siyasətçi: Prezident İlham Əliyev Azərbaycanı idarə edə biləcək təcrübəyə və səlahiyyətə malik yeganə şəxsdir

Siyasət Materials 21 Mart 2018 20:52 (UTC +04:00)
Azərbaycan xalqı bilir ki, Prezident İlham Əliyev ölkəni idarə edə biləcək təcrübəyə və səlahiyyətə malik yeganə şəxsdir
Fransalı siyasətçi: Prezident İlham Əliyev Azərbaycanı idarə edə biləcək təcrübəyə və səlahiyyətə malik yeganə şəxsdir

Bakı. Ləman Zeynalova, Gülqız Muradova - Trend:

Azərbaycan xalqı bilir ki, Prezident İlham Əliyev ölkəni idarə edə biləcək təcrübəyə və səlahiyyətə malik yeganə şəxsdir.

Bu barədə Trend-ə fransalı siyasətçi, Fransa Milli Məclisinin sabiq deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.

O, vurğulayıb ki, ölkədə sülh və demokratik seçkiqabağı vəziyyət müşahidə olunur. Fransalı siyasətçi bildirib ki, ölkənin hazırkı Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə favoritdir: “Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək və ölkənin iqtisadi və sosial inkişafını sürətləndirəcək fikirləri var. Bu işdə onu Birinci vitse-prezident Mehriban Əliyeva da dəstəkləyir”.

Jan-Fransua Mansel qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasət, mürəkkəb vəziyyətə baxmayaraq, böyük uğurlar əldə etməyə imkan verir: “Böyük dövlətlər tərəfindən Azərbaycana təzyiqlər, beynəlxalq terrorizm, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğal olunması və enerji daşıyıcılarının qiymətinin düşməsi ölkənin inkişafı üçün ciddi maneələrdir. Bununla belə, Prezident İlham Əliyev ölkəsinin müstəqilliyini möhkəmləndirib, təhlükəsizliyi təmin edib, preventiv maliyyə strategiyası və milli iqtisadiyyatın möhkəmləndirilməsi üzrə tədbirlər sayəsində neftin qiymətinin aşağı düşməsinin təsirini azalda bilib”.

Xəbər lenti

Xəbər lenti