...

MDB PA müşahidə missiyasının rəhbəri: Azərbaycandakı seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir

Siyasət Materials 11 Aprel 2018 14:11 (UTC +04:00)
Azərbaycandakı seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir.
MDB PA müşahidə missiyasının rəhbəri: Azərbaycandakı seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycandakı seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.

O, seçkilərin təşkilatçılığını yüksək qiymətləndirib:

“Bu, seçki prosesinin dəqiq təşkilatçılığıdır, bu, yaxşı təchiz olunmuş məntəqələrdir, bu maneə olmadan, açıq və şəffaf səs vermək imkanıdır. Nəhayət bu, beynəlxalq müşahidəçilərin işi üçün yaxşı şəraitin yaradılmasıdır”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti