...

Azərbaycan-İsrail hökumətlərarası komissiyasının vaxtı və yeri bilindi

Siyasət Materials 2 May 2018 18:28 (UTC +04:00)
İclasda iki ölkə arasında protokol imzalanacaq.
Azərbaycan-İsrail hökumətlərarası komissiyasının vaxtı və yeri bilindi

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan və İsrail hökumətləri arasında birgə komissiyanın növbəti iclası bu ilin mayında keçiriləcək.

Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrail Dövlətinin 70 illiyi münasibətilə mətbuat konfransında deyib.

D.Stav qeyd edib ki, İsraildə keçiriləcək iclasda iki ölkə arasında münasibətlərin gələcək inkişaf sahələrini müəyyənləşdirən protokol imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti