Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Trend-in məlumatına görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənəd 8 fəsil, 40 maddədən ibarətdir.
Deputat qeyd edib ki, sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı və digər məsələlər əksini tapıb.
Onun sözlərinə görə, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zaman səsləndirilən təkliflər nəzərə alınıb.
Qanun layihəsi müzakirə edilərək ikinci oxunuşda qəbul edilib.