...

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının yekun bəyanatı qəbul edilib

Siyasət Materials 8 May 2018 14:28 (UTC +04:00)
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının yekun bəyanatı qəbul edilib.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının yekun bəyanatı qəbul edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının yekun bəyanatı qəbul edilib.

Trend-in məlumatına görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, bəyanatda komitənin iclasında səslənən təkliflər, müzakirə edilən məsələlər öz əksini tapıb.

Onun sözlərinə görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regionda vəziyyəti qeyri-stabil saxlamaqda rol oynadığı qeyd olunub. Bəyanatda həmçinin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur.

Yekun sənəddə həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından qaçqın və məcbiri köçkün düşmüş insanların hüquqlarının qeyd-şərtsiz təmin olunması maddəsi də öz əksini tapır.

C.Feyziyev əlavə edib ki, bəyanatda diqqət çəkən digər məqam Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlıdır: “Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələr geniş müzakirə olundu. Bu müzakirələrdə həm Avropa Parlamentinin, həm də Milli Məclisin üzvləri hər iki tərəf arasında daha yüksək əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə bağlı fikir bildirdilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti