...

Zahid Oruc: Ulu Öndər Heydər Əliyev müqəddəs kitab kimidir: bu kitabı hər dəfə oxuduqda yenidən dərk etməyə başlayırsan

Siyasət Materials 10 May 2018 12:52 (UTC +04:00)
“Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü var. Çünki belə şəxslər ölümsüzdür”.
Zahid Oruc: Ulu Öndər Heydər Əliyev müqəddəs kitab kimidir: bu kitabı hər dəfə oxuduqda yenidən dərk etməyə başlayırsan

Bakı. Elçin Mehdiyev - Trend:

“Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü var. Çünki belə şəxslər ölümsüzdür”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.

Z.Oruc bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Ulu Öndərin 95 illik yubileyi bir-birinə bağlıdır: “Əgər Ulu Öndər Azərbaycanı xilas etməsəydi, bu gün AXC-nin 100 illiyindən danışa bilməzdik. Ulu Öndər Heydər Əliyev ümumilikdə milləti xilas edib".

Millət vəkili Ümummilli Liderin tarixdəki yerindən də danışıb: “Ulu Öndər Heydər Əliyev öz sistemi olan bir lider idi. O, müqəddəs kitab kimidir: bu kitabı hər dəfə oxuduqda yenidən dərk etməyə başlayırsan. Heydər Əliyevə xəyanət edənlər uğur qazana bilmədi. Azərbaycan Ümummilli Liderin sovet dövründə hakimiyyətdən getməsindən yalnız əziyyət çəkdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti