...

Ukraynada Heydər Əliyevin aforizmlərdən ibarət kitabçanın təqdimatı olub (FOTO)

Siyasət Materials 10 May 2018 14:54 (UTC +04:00)
Ukrayna dilində dərc olunmuş ümummilli lider Heydər Əliyevin aforizmlərdən ibarət “Deyilən söz yadigardır” yaddaş kitabçasının təqdimat mərasimi keçirilib.
Ukraynada Heydər Əliyevin aforizmlərdən ibarət kitabçanın təqdimatı olub (FOTO)

Bakı. Trend:

Ukrayna Regionlararası Heyətin İdarə olunması Akademiyasında Azərbaycan və Ukrayna dilində dərc olunmuş ümummilli lider Heydər Əliyevin aforizmlərdən ibarət “Deyilən söz yadigardır” yaddaş kitabçasının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Ukraynanın elm və mədəniyyət xadimləri, səfirliyin əməkdaşları, gənclər və tələbələr Kiyev şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun qarşısında dahi öndərin büstü önünə tər çiçəklər qoyublar. Sonra Akademiyada Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə dərc olunan Ulu Öndərin kəlamlarını özündə əks etdirən “Deyilən söz yadigardır” yaddaş kitabçası Ukraynanın elmi ictimaiyyətinə və tələbələrə təqdim olunub.

Ulu Öndərin dünyanın siyasi arenasında bəşəri təfəkkür sahibi kimi şöhrət qazandığını deyən Regionlararası Heyətin İdarə olunması Akademiyasının rektoru Mikola Kurko dahi Heydər Əliyev tarixə bir çox sahələrlə yanaşı, həm də son dərəcə dahiyanə deyilmiş müdrik kəlamların müəllifi kimi düşüb.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Onun dövlət idarəçilik strategiyasında, multikultralizmin, dini tolerantlığın, xalqlardostluğunun prioritet təşkil etdiyini bildirən səfir Heydər Əliyevin vaxtilə dediyi müdrik kəlamların Ukrayna dilində dərc olunmasını indiki və gələcək nəsillərə ən dəyərli töhfə kimi qiymətləndirib.

Tədbirdə çıxış edən siyasi elmlər doktoru Nikolay Qolovatıy Heydər Əliyevin XX və XXI əsrin siyasi arenasında fenomenal yaddaşı, dəmir iradəsi, müdrikliyi və uzaqgörənliyi ilə böyük şöhrət qazanmış dahi şəxsiyyət olduğunu vurğulayıb. Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov dünya Azərbaycanlılarının vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsində və milli kimliyimizin qorunmasında Ulu Öndərin tarixi xidmətlərindən bəhs edib.

Tədbirdə akademiyanın müəllimləri və tələbələri çıxış edərək Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyini vurğulayıblar. Sonra Azərbaycan və Ukrayna televiziyalarının birgə istehsalı olan “Heydər Əliyev iki əsrin fenomeni” sənədli filmi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti