...

Əli Əhmədov: Hər il əhalinin 1,2 faizə qədər artması 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir

Siyasət Materials 21 May 2018 11:01 (UTC +04:00)
Hər il əhalinin 1,2 faizə qədər artması 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir.
Əli Əhmədov: Hər il əhalinin 1,2 faizə qədər artması 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dayanıqlı inkişaf məsələləri hökumətin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı beynəlxalq konfransda deyib.

Ə.Əhmədov bildirib ki, dünyada insanların həyatının dəyişməsi üçün ən vacib amillərdən biri əməklə bağlıdır və Azərbaycan hökuməti layiqli əməyin təmin olunması istiqamətində bütün lazımi addımları atır:

“Son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb. Bu, Azərbaycanda fəal əhalinin 40 faizə qədərini təşkil edir. Bundan sonra da insanların əmək fəaliyyətinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaq və bunun üçün bütün vasitələr, mexanizmlər həyata keçirilir”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan əhalisi sürətlə artan ölkələr arasındadır və hər il Azərbaycanda əhali 1,2 faizə qədər artır: “Bu, kifayət qədər böyük rəqəmdir və 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir. Biz hər il 100 mindən artıq iş yeri yaratmalıyıq”.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanda yaşı 29-a qədər olanlar əhalinin 46 faizini təşkil edir: “Bu, qarşıda gənclərin əməklə təmin olunması istiqamətində mühüm vəzifələr qoyur. İnsanlarımızın daha keyfiyyətli əmək və daha yüksək həyat şəraiti ilə təmin olunması istiqamətində zəruri addımlar bundan sonra da atılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti