Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB-2) (FOTO)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB-2) (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında başa çatdırılıb.

Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 1026 mənzillik 11 yaşayış binası inşası olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.

Dövlətimizin başçısına məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 52 min 500 ailənin və ya 265 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu işə 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Sonra dövlətimizin başçısı və birinci xanım 222 yerlik “Şirin Bala” uşaq bağçasında yaradılan şəraitlə də tanış oldular.

Qeyd edildi ki, burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. On bir qrupun fəaliyyət göstərəcəyi bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və quruluq işləri görülüb.

Daha sonra yaşayış kompleksində tikilmiş tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 624 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi:

- Əziz dostlar, mən sizi “Qobu Park” yaşayış kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl hadisə bir daha onun göstərir ki, Azərbaycan vətəndaşı, ağır vəziyyətdə yaşayan soydaşlarımız, məcburi köçkünlər daim diqqət mərkəzindədirlər.

Bu kompleksin yaradılması Azərbaycan dövlətinin siyasətini göstərir, köçkünlərə olan qayğının təzahürüdür. Cəmi bir il ərzində bu gözəl yaşayış kompleksi yaradılıbdır. Düz bir il bundan əvvəl bu kompleksin təməli qoyulmuşdur. O vaxt Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak etmişdir. Cəmi bir il ərzində gözəl yaşayış kompleksi yaradılıb.

Bu gün açılışına toplaşdığımız kompleksin bütün infrastrukturu yaradılıb. Elektrik, su, qaz xətləri, bütün infrastruktur məsələləri həll olunub, yollar çəkilib, həm qəsəbədaxili, həm də magistral yola çıxış yolu salınıbdır. Doqquzmərtəbəli on bir yaşayış binası tikilib, gözəl şərait yaradılıb. Mən indi mənzillərlə tanış olmuşam. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Gözəl məktəb - 624 şagird yerlik, uşaq bağçası - 220 nəfərlik, tibb məntəqəsi, poçt məntəqəsi, polis məntəqəsi, yəni, yaşamaq üçün bütün şərait yaradılıb və ən yüksək səviyyədə. Gözəl ictimai zonalar yaradılıb, ağaclar əkilib, parklar salınıb. Hesab edirəm ki, bu, köçkün şəhərciklərinin arasında öz gözəlliyi və şəraiti ilə seçilən mərkəzlərdən biridir.

Bu şəhərciyin özəlliyi ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal iştirak edib, əslində, bunun təşəbbüskarı, icraçısı olub. Son vaxtlar sahibkarlar bir çox sosial layihələr icra edirlər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim, demişdim ki, sahibkarların sosial məsuliyyəti artmalıdır. Sahibkarlara Azərbaycanda gözəl şərait yaradılıb. Azərbaycan sahibkarlıq üçün çox gözəl ölkədir. Gözəl investisiya iqlimi yaradılır. Sabitlik, əmin-amanlıq hökm sürür. Biznesin inkişafı bizim dövlət siyasətimizdir. Bizim ümumi daxili məhsulumuzun 80 faizi özəl sektorda formalaşır. Belə olan halda daim mən sahibkarlara müraciət edərək tövsiyə etmişdim ki, onlar sosial layihələrə daha böyük diqqət göstərsinlər. Bu, bu sahədə görülən işlər arasında ən genişmiqyaslı layihədir. Bu günə qədər sahibkarlar məktəb, uşaq bağçası tikintisi ilə fəal məşğul olmuşlar. Ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir.

Bu yaşayış kompleksinin maliyyələşməsində də sahibkarlar iştirak ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holdinq” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır.

Hesab edirəm ki, bu gözəl təşəbbüs digər böyük şirkətlər üçün də nümunə olmalıdır. Əminəm ki, növbəti illərdə məcburi köçkünlər üçün tikiləcək yeni yaşayış şəhərciklərində, mərkəzlərində özəl sektor da fəal iştirak edəcək. Ancaq təbii ki, əsas məsələni, əsas işləri dövlət öz üzərinə götürüb. Son illərdə dövlət xətti ilə köçkünlər üçün yüzə yaxın şəhərcik salınmışdır, istifadəyə verilmişdir. Mən onların bir çoxunun açılışında şəxsən iştirak etmişəm.

Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq.

Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Qeyd etdiyim kimi, yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim kimi, hər il minlərlə ailə evlərlə təmin olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcəkdir.

Dövlət bu istiqamətdə öz siyasətini davam etdirir. Qeyd etdiyim kimi, özəl sektor da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsınlar. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq. Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik. Salınan şəhərciklər arasında Cocuq Mərcanlı qəsəbəsinin bərpasını mən xüsusilə qeyd etmək istərdim. Keçən il o qəsəbənin yenidən qurulmasının açılışında iştirak etmişəm. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik.

Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olmuşdur. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Bir daha demək istəyirəm ki, biz bu qəsəbənin timsalında köçkünlərin arzularını, niyyətlərini görürük. Cocuq Mərcanlıdan olan vətəndaşlar, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə üstünlük verirlər. İndi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb.

Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir. Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var.

Bu yaşayış kompleksi sizin üçün müvəqqəti yaşayış yeridir. Lakin biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun. Ancaq işğaldan sonra biz belə gözəl şəhərcikləri bu gün işğal altında olan torpaqlarda mütləq yaradacağıq.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

X X X

Şuşadan olan məcburi köçkün Vəsilə Xəlilova onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Birinci vitse-prezident.

Bu gün bütün məcburi köçkünlər adından Sizin qarşınızda çıxış etməkdən sonsuz qürur hissi keçirirəm.

Hörmətli cənab Prezident, icazə verin, əvvəlcə Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bütün məcburi köçkünlər adından bir daha səmimi qəlbdən təbrik edim. Bu, Azərbaycan xalqının qələbəsi idi. Aprelin 11-də keçirilən seçkilər xalqın Sizə olan böyük inamını, sevgisini, yüksək etimadını bir daha sübut etdi. Sizin mükəmməl inkişaf konsepsiyanız nəticəsində Azərbaycan sürətlə inkişaf edərək regionda lider dövlətə çevrilmişdir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan məcburi köçkünlərə dövlət qayğısı bu gün onun siyasi kursunun layiqli davamçısı olan Sizin tərəfinizdən uğurla həyata keçirilir.

2003-cü ildə Siz prezident seçkiləri ərəfəsində ilk görüşünüzü də məhz məcburi köçkünlərlə keçirdiniz. Biləsuvar rayonu ərazisində onlar üçün salınmış yeni qəsəbənin açılışında Siz ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan etdiniz və buna da nail oldunuz. Çadır şəhərcikləri artıq tarixə dönüb. Dünyanın heç bir yerində məcburi köçkünlər üçün bu qədər yeni mənzillər tikilib istifadəyə verilməyib.

2016-cı ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat zamanı torpaqlarımızın bir hissəsinin, o cümlədən Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsinin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulayan Vəsilə Xəlilova dedi:

- Sizin tapşırığınıza əsasən Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscidin tikilməsi biz şuşalıların qəlbində ümid çırağını bir daha alovlandırdı.

Məcburi köçkün Vəsilə Xəlilova Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə qayğının xüsusi yer tutduğunu bildirərək dedi:

- Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərdiyi bu illər ərzində Mehriban xanım mərhəmət, nəciblik, xeyirxahlıq kimi dəyərləri özündə birləşdirərək cəmiyyətin həssas təbəqələrindən sayılan məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması üçün bir sıra mühüm layihələrin müəllifi olmuşdur. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın, Fondun vitse-prezidenti Leyla Əliyevanın zəhməti danılmazdır.

Hörmətli birinci xanım, ötən ilin mayında – müqəddəs Ramazan ayında Siz bu yaşayış kompleksinin təməlini qoydunuz. O vaxt yalnız maketini gördüyümüz bu yaşayış kompleksi gözlənildiyindən də yüksək səviyyədə, vaxtından əvvəl tikilib istifadəyə verildi. Artıq bu gün minlərlə məcburi köçkün burada doğma ev-eşiyinə qayıdanadək yeni və rahat mənzillərlə təmin olunacaq. Bu illər ərzində Sizin bizə göstərdiyiniz böyük diqqət və qayğı Vətən həsrəti ilə yanan qəlbimizdə bir təsəlli olmuş, gələcəyə nikbin baxmaq üçün bizə qol-qanad vermişdir.

Hörmətli cənab Prezident, biz inanırıq ki, düşmən əsarətində olan torpaqlarımız Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində tezliklə işğaldan azad olunacaq, məcburi köçkün adı xalqımız üçün tarixə çevriləcək və Sizin bəyan etdiyiniz kimi, Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, işğaldan azad olunan digər torpaqlarımızda dalğalanacaqdır.

Mənim bir müqəddəs arzum da var, cənab Prezident. O gün olsun ki, Siz və Mehriban xanım doğma Qarabağımızda, gözəl Şuşamızda evlərimizin ən əziz qonağı olasınız. Uca Yaradan Sizi qorusun.

X X X

Laçın rayonundan məcburi köçkün Möhübbət Həsənov da minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident, xoş gördük. İcazə verin, ilk növbədə, Sizi və Mehriban xanımı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edək. Bu əziz gündə məcburi köçkün ailələrinə, onların övladlarına bu yaşayış kompleksini təqdim etdiyinizə görə məcburi köçkünlər adından Sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, Sizə minnətdarıq.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Loading Bars
Xəbər lenti
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan
Dünyada beş gün üst-üstə koronavirusa yoluxanların sayı gündəlik 400 mini keçir
Moskvada koronavirusdan ölənlərin sayı 6,5 min nəfəri keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, raket, bombacıq, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyə XİN ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsi ilə bağlı nəticə yönümlü danışıqlara başlamağa çağırır
İranda güclü zəlzələ baş verib
Biləsuvarda "QAZel" yanıb
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Türkiyənin Hatay səhərində terakt törədilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
İşğaldan azad olunan Qubadlı şəhəri (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi (VİDEO)
ABŞ keçiriləcək seçkilərində 60 milyondan çox insan vaxtında əvvəl səs verib
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər (VİDEO)
Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq - TRT-dən özəl dəstək (VİDEO)
Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın reaksiyasından, qəzəbindən qorxur
Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi (VİDEO)
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb (FOTO/VİDEO)
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi
Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Ermənistanın Daşkəsənə atəşi nəticəsində baş verən yanğın söndürülüb - FHN (FOTO) (ƏLAVƏ OLUNUB)
Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik
Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız
Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək
Şamaxıda zəlzələ olub
Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Ermənistan indiyədək əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib - Dövlət Komissiyası
Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur - Leyla Abdullayeva
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Vərəsəliyə dair məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək
Paşinyan son şansından istifadə etmək əvəzinə, mülki vətəndaşlarımızı atəşə tutur - Deputat
Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır? – Deputat
Ermənistan fərq qoymadan mülki vətəndaşları hədəfə alıb - Hikmət Hacıyev
Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb - İran parlamenti
Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu
Düşmən kvadrokopteri məhv edilib - MN
Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edildi
Azəribaycan Prezidenti: Ermənistan istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar
Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi bizə dəstək göstərdilər
Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə
Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! (VİDEO)
Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat
Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi
Prezident İlham Əliyev: Axıra qədər gedəcəyik
Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən Ermənistana silah göndərilir
Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker
Prezident İlham Əliyev xarici jurnalistlərin sualları haqqında: Sual vermir, elə bil ki prokurordur, ittiham edir bizi
Prezident İlham Əliyev: Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik
Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir - Kamaləddin Qafarov
Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO)
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir
Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
Əsgərdən məktub var (VİDEO)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı
Düşmənin növbəti informasiya təxribatı
Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq - İbrahim Kalın
Tərtər şəhəri atəşə tutulub
Prezident İlham Əliyev Qubadlı şəhərinin və bir neçə kəndin azad olunmasında fərqlənmiş komandirləri təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)
Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək - Bəhruz Quliyev
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov
Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun
Ermənistan Makronun İslamla bağlı kursunu tam dəstəklədiyini ifadə edib
Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz
Ağcabədi rayonu yenidən atəşə tutulub
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistanın öz hərbçiləridir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır
Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Bütün xəbərlər