...

Sandra Oudkirk: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir

Siyasət Materials 29 May 2018 11:57 (UTC +04:00)
ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasınl əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür
Sandra Oudkirk: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir

Bakı. Azad Həsənli, Əli Mustafayev - Trend:

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür.

Trend-in məlumatına görə, bunu Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimi zamanı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk deyib.

O bildirib: “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində səy göstərən bütün ölkə və şirkətləri təbrik edirəm”.

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Xəzər regionu ölkələrinin daha geniş iqtisadi inteqrasiyası üçün yeni imkanlar təqdim edir:

“ABŞ Prezidenti Donald Tramp dəfələrlə bu layihəni dəstəkləməsi barədə bəyan edib. Bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə Azərbaycan Prezidentinə ünvanladığı məktubda o, həmçinin vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək inanılmaz nailiyyətdir”.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” region ölkələri üçün əməkdaşlığın genişlənməsi, eləcə də Şərqi Aralıq dənizi, Mərkəzi Asiya və Qafqazdan Avropaya tədarük olunan qaz həcmlərini artırmaq imkanı təqdim edir:

“ABŞ “Cənub Qaz Dəhlizi”nin uzunmüddətli uğurunun mənbəyi olan bütün iştirakçılarla əməkdaşlığı davam etdirməyi planlaşdırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti