...

Milli Məclisin Gənclər və idman komitəsinə yeni sədr seçilib

Siyasət Materials 31 May 2018 14:48 (UTC +04:00)
Milli Məclisin Gənclər və idman komitəsinə yeni sədr seçilib.
Milli Məclisin Gənclər və idman komitəsinə yeni sədr seçilib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin Gənclər və idman komitəsinə yeni sədr seçilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ülvi Quliyevin komitə sədrliyinə namizədliyi müzakirə edilib.

Müzakirələrdən sonra Ü.Quliyev Gənclər və idman komitəsin sədri vəzifəsinə təsdiq edilib.

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin əvvəlki sədri Fuad Muradov Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyi üçün parlamentin Gənclər və idman komitəsinə yeni sədrin seçilməsi zərurəti yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti