...

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti başladı (FOTO)

Siyasət Materials 9 İyun 2018 09:23 (UTC +04:00)
Bu gün Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti başlayıb.
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti başladı (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti başlayıb.

Trend-in məlumatına görə, sammitin açılışında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin sammit iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin vitse-prezidenti Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O, Alyansın Bakı sammitinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə eyni vaxta düşməsini yüksək qiymətləndirib: "Azərbaycan çox vacib ölkədir. Burada sabitlik hökm sürür, bu isə əməkdaşlıqda mühüm amildir. Azərbaycan əldə etdiyi uğurlara, mühüm roluna görə dünyada öz layiqli yerini tutur".

Sammit çərçivəsində "Enerji təhlükəsizliyi", "İqtisadi azadlıq", "Rəqəmsal iqtisadiyyat", "Təhsil transformasiyası", "Nəqliyyat və əlaqə" və "İdarəetmə və lokallıq" mövzularında panellər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti