...

MN: Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır

Siyasət Materials 23 İyun 2018 17:10 (UTC +04:00)
Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır
MN: Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır

Bakı. Trend

Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Bu barədə Müdafiə Nazirliyindən Trend-in erməni mətbuatında yayılan xəbərlərlə bağlı sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, bu gün Ermənistan mətbuatında erməni əsgərinin meyitinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilir.

Müdafiə Nazirliyindən sorğuya cavab olaraq bildiriblər ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür:

"Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib. Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti