...

Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır (FOTO)

Siyasət Materials 27 İyun 2018 16:15 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib.
Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti