...

Azərbaycan millət vəkilləri AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər

Siyasət Materials 27 İyun 2018 16:48 (UTC +04:00)
Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.
Azərbaycan millət vəkilləri AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azad Demokratlar Qrupunun (ADQ) iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva qrupun vitse-prezidentləri seçiliblər.

Trend-in məlumatına görə, Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib.

Q.Paşayeva və Ü.Ağayevanın namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti