Bakı. Trend:
Türkiyənin 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Əziz Qardaşım cənab İlham Əliyev. Sizə və ailənizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə diləyirəm. Ramazan ayını əmin-amanlıq içərisində başa çatdıran qardaş Azərbaycan xalqının daha neçə belə bayramlara qovuşmasını Allah-Təaladan arzu edirəm.
Bu ilin aprel ayında keçirilən seçkilərdə Azərbaycan xalqının etimad göstərərək Sizi yenidən Prezident seçməsini böyük məmnunluq hissi ilə qarşıladım. Ulu öndərimiz mərhum Heydər Əliyevin bu günə qədər müvəffəqiyyətlə davam etdirdiyiniz siyasətini eyni inam və qətiyyətlə daha da inkişaf etdirəcəyinizə əmin olaraq təbriklərimi çatdırıram. Qarabağ başda olmaqla mürəkkəb məsələlərin öhdəsindən gəlməyinizi, Azərbaycanın müstəqil, sabit və rifah içərisində yaşayan ölkə olaraq qazandığı uğurlarının yüksələn xətlə davam etməsini arzulayıram.
2017-ci il aprelin 11-12-də Bakıya səfərim zamanı mənə və məni müşayiət edən şəxslərə göstərdiyiniz qonaqpərvərlik, qədirbilənlik və alicənablığı unutmuram. Həmin səfər zamanı Sizə bəhs etdiyim təhsil işlərinə və xüsusilə anadan olduğum Kayseri şəhərində mənim adıma olan universitet ilə maraqlanmağınız və dəstək verməyinizə görə təşəkkürümü bildirirəm. Minnətdarlığımızın kiçik nişanəsi olaraq 375 tələbənin yaşadığı yataqxanaya böyük şərəflə ulu öndərimiz Heydər Əliyevin adını verdik. Bu yataqxananın xidmətindən istifadə edən tələbələr müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndəri tanıyacaq və minnətdarlıq hissi ilə yad edəcəklər.
Fürsətdən istifadə edərək, Sizi və dəyərli həyat yoldaşınız Mehriban xanımı bayramlar münasibətilə bir daha təbrik edirəm.
Əziz Qardaşım cənab İlham Əliyev, Zati-alinizə və Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm".