...

Novruz Məmmədov ARDNF Müşahidə Şurasının sədri seçilib

Siyasət Materials 6 İyul 2018 17:57 (UTC +04:00)
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Novruz Məmmədov ARDNF Müşahidə Şurasının sədri seçilib

Bakı. Trend:

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-nin 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti