...

Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 27 İyul 2018 12:51 (UTC +04:00)
Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib.
Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilib (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 10:59-da yayımlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.

Trend-in məlumatına görə, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olundu. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparıldı. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti