...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 26 Sentyabr 2018 15:18 (UTC +04:00)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

İtaliyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.

Görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığımızın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulandı. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edildi.

Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Roma Papasına çatdırdı.

Papa Fransisk Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti