...

Prezident İlham Əliyev Azərbaycan və Xorvatiya Kənd Təsərrüfatı nazirlikləri arasında imzalanmış memorandumu təsdiq edib

Siyasət Materials 5 Oktyabr 2018 10:19 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan və Xorvatiya Kənd Təsərrüfatı nazirlikləri arasında imzalanmış memorandumu təsdiq edib.
Prezident İlham Əliyev Azərbaycan və Xorvatiya Kənd Təsərrüfatı nazirlikləri arasında imzalanmış memorandumu təsdiq edib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Bu fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya hökumətinə bildiriş göndərmək tapşırılıb.

Memorandum 2018-ci il sentyabrın 6-da Zaqreb şəhərində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti