...

Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürülüb

Siyasət Materials 12 Oktyabr 2018 16:49 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürüb.

Trend-in xəbərinə görə, parlamentin bugünkü iclasında çıxış edən deputat bildirib ki, hakimiyyətin əksər strukturları öz medalını təsis edir, amma Milli Məclisin özünün təsis etdiyi medal yoxdur:

“Milli Məclisin 100 illiyi ilə bağlı xatirə medalı var, lakin onun daşınması mümkün deyil, hər gün "100 illik" olmur. Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik. Belə medal təsis edilsə, onu gələn qonaqlara da təqdim etmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti