Deputat: Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə səfəri Azərbaycan-Fransa əlaqələrinə ciddi kölgə salan hadisədir

Deputat: Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə səfəri Azərbaycan-Fransa əlaqələrinə ciddi kölgə salan hadisədir

Samir Əli - Trend:

Fransadan olan bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri Azərbaycan-Fransa münasibətlərinə ciddi kölgə salan hadisədir.

Bunu Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki etnik ermənilərin çoxluq təşkil etdikləri Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının cari ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri, o cümlədən 30 ildən artıqdır erməni lobbisinin əlində alətə çevrilmiş Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejmlə intensiv təmasları bir sıra nəticələrə gəlməyə əsas verir:

"Birincisi, Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejimlə belə təmasları ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin mühüm tələblərinə, o cümlədən Fransanın milli qanunları və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik və onların kobudcasına pozulması aktıdır. İkincisi, bu addımlar ümumən radikalizm, ekstremizm və terrorizmlə yanaşı, eyni zəncirin mühüm halqası olan separatizmin, konkret halda isə Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağda bu təhlükə mənbəyinin təbliği və təşviqi anlamındadır. Belə siyasət, ilk növbədə, ərazisində Korsika, Bretan, Yeni Kaledon, Polineziya, Mayotta və s. kimi potensial separatizm ocaqlarının “tüstüləndiyi” Fransanın uzaq olmayan perspektivdə eyni mənbədən qidalanmaqla milli maraqlarının hədsiz təhlükə altına alınmasına rəvac verə bilər. Üçüncüsü, qeyd edilən qeyri-qanuni hərəkətlər, o cümlədən Fransadan olan merlərin qondarma rejimin separatçıları ilə Qarabağın tarixi mərkəzləri olan Şuşada və Laçında imzaladıqları “dostluq xartiya”ları nəticə etibarilə Azərbaycan-Fransa dostluq və tərəfdaşlıq münasibətlərinin həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə ciddi kölgə salan hadisələrdir".

Millət vəkili bildirib ki, Azərbaycan Fransa ilə məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlıdır, lakin təəssüf ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu ölkənin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bununla da beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasətinin, terrorçuluğun və insanlıq əleyhinə cinayət olan soyqrımın yanında yer alıblar. Bu hal Fransanın əlində bayraq etdiyi və ayrı-ayrı dövlətlərə qarşı ikitərəfli və Avropa İttifaqı çərçivəsində təzyiq elementi kimi istifadə etdiyi demokratik dəyərlərin ayaqlar altına atılıb tapdalanması effektini yaradır:

"Dördüncüsü, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cızdığı çevrədə “rəqs edən” bu üzdəniraq siyasətbazların qanunazidd davranışı, heç şübhəsiz, bu dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Tərəfsiz, qərəzsiz və obyektiv mövqe vasitəçilik institutunun əsas fəlsəfəsini təşkil edir. İndiki halda isə Fransanın səlahiyyətli təmsilçilərinin işğal altındakı ərazilərə dəfələrlə təkrarlanan qeyri-qanuni səfərləri rəsmi Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizliyi, üzərinə düşən missiyanı qərəzli, tərəfkeş və qeyri-obyektiv formada yerinə yetirməsi kimi qiymətləndirilməlidir. Əks halda necə ola bilərdi ki, sabiq deputat Fransua Roşbluan Fransa parlamentində təmsil olunduğu uzun müddət ərzində təkcə qanunverici orqan çərçivəsində yaradılmış “Fransa-Ermənistan dostluq qrupu”na deyil, eyni zamnada eyni çərçivədə fəaliyyət göstərən “Fransa-Dağlıq Qarabağ” dostluq qrupuna da rəhbərlik edə bilib? Axı necə mümükün ola bilir ki, siyasi kursunda separatizmə “yox” deyən Fransa parlamentində separatçı rejimlə dostluq qrupu fəaliyyət göstərə bilir? Nəhayət, axı demokratik Fransanın terrorçu və separatçı Ermənistan və onun yaratdığı oyuncaq rejimlə dostluğu niyə mümkün olur?"

Professor əlavə edib ki, bu kimi suallar bu gün təcili cavabını gözləyir. Əks halda hüquq və güc arasında qlobal balansın pozulduğu müasir sivilizasiyamız fəlakətlərin girdabında məhvə sürüklənə bilər:

"Beşincisi, yuxarıda sadaladığımız reallıqların məntiqindən qaynaqlanaraq Fransa dövləti və onun ali rəhbərliyi həm öz böyük milli maraqlarından, həm də qlobal dünyanın təhlükəsizlik maraqlarından çıxış edərək bu kimi separatizmə dəstək və onun təşviqi kimi təxribatçı əməllərə qarşı prinsipiallıq və qətiyyət göstərməli, həyəcan təbili çalmalıdır. Separatizmə qarşı bütün dünya ölkələri koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Mübarizə “hər yerdə və hər zaman" prinsipi ilə aparılmalıdır. Separatçılar arasında “yaxşı” və “pis” bölgü aparılması prinsipi qəbuledilməzdir. Əks halda bir tərəfdə sivil dünya, digər tərəfdə isə separatizm və terrorçuluğun dayandığı qeyri-sivil dünyanın qlobal qarşıdurmasında birincinin məğlub statusuna enməsi labüd ola bilər. Bu səbəbdən rəsmi Parisin təmsilçilərinin Dağlıq Qarabağın erməni separatçılarının yanında yer alması əslində ikincilərin mənafeyinə xidmət edir".

Politoloq deyib ki, Fransa dövləti bütün bu reallıqları nəzərə alaraq, özünün potensial separatizm ocaqlarına malik olması, regionda və bütövlükdə Azərbaycanda cəmləşdiyi ciddi maraqlarından çıxış edərək nəinki Dağlıq Qarabağda separatizmi dəstəkləyən hərəkətlərinə rəvac verməməli, ilk növbədə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməli və bu istiqamətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır:

"Eyni məntiqdən qaynaqlanaraq Fransa dövləti ərazisində özünü mühacir kimi təqdim edən bəzi Azərbaycan vətəndaşlarının ölkəmizdə zorakılığa, terrorçuluğa və separatizmə çağırışlar etməsinə imkan verməməli, bu istiqamətdə həm də öz milli maraqlarından çıxış edərək hüquqi müstəvidə adekvat addımlar atmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti dost hesab etdiyimiz Fransa dövlətindən məhz belə davranış tərzi gözləyir. Əks halda, dəyəri 2 milyard avro səviyyəsinə çatan iqtisadi-biznes əlaqələrimiz, geniş humanitar əməkdaşlığımız, enerji təhlükəsizliyi sahəsində təmaslarımız, bir sözlə, səmərəli ikitərəfli və çoxtərəfli münasibətlərimiz ciddi sınağa çəkilə bilər. Bu barədə düşünməyə dəyər".

"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı,  "Mançester Yunayted" "PSJ"ni məğlub edib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
Loading Bars
Xəbər lenti
Xaricdə yaşayan ermənilər üçün əlavə reyslər açılıb - Qarabağa gətirilirlər (FOTO)
Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib
Paşinyan başını itirib, erməni xalqını qırğına vermək istəyir - Deputat
İran ABŞ-a nota verib
Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib
Sabahın hava proqnozu açıqlanıb
Qəbələ və Kürdəmir "Elbrus" raket sistemi ilə vurulub - ANAMA (FOTO)
İsrailin səfiri Gəncədə terror baş verən ərazidə olub (FOTO)
Düşmənin ələ keçirilən növbəti hərbi texnikaları (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Prezident İlham Əliyevə: Hər axşam neçə yaşayış məntəqəsinin azad edildiyi barədə açıqlamalarınız Türkiyədə insanların könlünə sevinc gətirir
İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB
“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür
Prezident İlham Əliyev: Ermənistana xaricdən yardım edilir, oraya muzdlular, pullu əsgərlər göndərilir
Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini keçdi
Prezident İlham Əliyev: İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb
Prezident İlham Əliyev: Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur
Prezident İlham Əliyev: Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq
“Caspian Energy Club” Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn B2G forumu keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq
Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir - MN
Cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar -TƏBİB
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert
Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat
Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir (VİDEO)
USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?
Düşmən cəbhədə uduzduqca raket atdığı dinc şəhərlərin sayını artırır
Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat
Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik - TƏBİB-in işçi qrupunun rəhbəri (VİDEO)
Yalançı və işğalçı - Ərəb oxucuların Paşinyan haqqında fikirləri (FOTO)
Azərbaycanla yanaşı, İran da Xudafərin körpüsünün böyük iqtisadi faydasını görəcək - Ekspert
Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb - Hikmət Hacıyev (FOTO)
Azərbaycan xalqının ulu əcdadlarının Qarabağda yaşadığı sübut edilib - Tarixçi alim
Ermənistanda bir gündə 2 300-dən çox yoluxma qeydə alınıb
Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibinin riyakarlığını ifşa edib
BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı (FOTO)
Göygöldə ər-arvada qarşı silahlı hücum edən şəxslər saxlanıldı (FOTO/VİDEO)
Kəlbəcərdə zəngin uran yataqları var - Kəlbəcərli geoloq (VİDEO)
Qubada 29 yaşlı kişi küçədə qətlə yetirildi
Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir - Rusiyalı politoloq
Malayziyanın dövlət xəbər agentliyi Azərbaycan Prezidentinin 20 oktyabr tarixli xalqa müraciətinə dair məqalə dərc edib
Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib (FOTO) (YENİLƏNİB)
Rusiyanı Qərbə satan Paşinyan indi də NATO-dan imdad diləyir
Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir - Hikmət Hacıyev
“İti qovan” PUA-ların istehsalı davam edir (FOTO)
Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb - MN (FOTO) (ƏLAVƏ OLUNUB)
COVİD-19 yoluxma sayı artarsa məhdudiyyətlər artırılacaq? - Baş infeksionistdən açıqlama
Azərbaycan öz ərazilərini azad etməklə beynəlxalq təşkilatların nüfuzunu bərpa edir - Ekspert
Zaqatalada ər arvadını balta ilə qətlə yetirdi
Milli Məclisdə işğaldan azad edilmiş Vəng kəndinin Çinarlı kəndi adlandırılması müzakirə ediləcək
Düşmən mövqelərimizi atəşə tutur
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək
Azərbaycanda nikaha daxil olanların orta yaşı son 29 ilin ən yüksək həddinə çatıb
BMT Azərbaycana minnətdar olmalıdır ki, onun qətnamələrini icra edir - Deputat
Oktyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanın siyasi hakimiyyəti bir neçə çətin addım atmalıdır - Rusiyalı ekspert
Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib - MN
Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Qazaxıstanda koronavirusa daha 141 nəfər yoluxub
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Meksikanın aparıcı radio kanalında Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri barədə məlumat verilib (FOTO)
Yunanıstan sahillərində 5,2 bal gücündə zəlzələ baş verdi
"Brent" markalı neftin qiyməti düşüb
"İnstagram"ın işində qüsurlar yaranıb
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə zəlzələ baş verib
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Avropa Şurasının başçısı koronavirusla əlaqədar təcili Aİ sammiti çağırır
İspaniyada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi
Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm - Zəngilan sakini (VİDEO)
Erməni “Meydan”ı...
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun daha 5 kəndi işğaldan azad edildi
Ermənistanın Rusiyaya növbəti xəyanəti - Bu dəfə NATO-ya doğru
Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi ilə bağlı Koordinasiya Şurası yaradılıb
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Ermənistan Türkiyədən məhsul idxalını dayandırır
Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistan səfiri
Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib (FOTO/VİDEO)
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir
Bütün xəbərlər