Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda VI Beynəlxalq Humanitar Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Forum öz işinə başlayıb.
Trend-in məlumatına görə, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun təmsilçiləri iştirak edirlər.
Trend Dayanıqlı İnkişafa dair Bakı Forumunun işini əks etdirən FOTO-ları təqdim edir:
FOTO: Zaur Mustafayev