...

İranın rabitə naziri Bakıya gəlir (ÖZƏL)

Siyasət Materials 3 Dekabr 2018 15:14 (UTC +04:00)
Məhəmməd Cəhrominin "Bakutel" sərgisinə baş çəkəcəyi və "Kaspian İnnovasiya" konfransında çıxış edəcəyi gözlənilir
İranın rabitə naziri Bakıya gəlir (ÖZƏL)

Bakı. Elnur Bağışov - Trend:

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında iştirak etmək üçün bu gün Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir: "Məhəmməd Cəhrominin "Bakutel" sərgisinə baş çəkəcəyi və "Kaspian İnnovasiya" konfransında çıxış edəcəyi gözlənilir.

M.Cəhromi Azərbaycan, Türkiyə, Rusiya və İran rabitə nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək. Nazir həmçinin adıçəkilən ölkələrin rabitə nazirləri ilə ikitərəfli əməkdaşlığın inkişafı haqqında fikir mübadiləsi aparacaq.

4-7 dekabrda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında 14 İran şirkəti iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti