Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Əliyeva Lətifə Cahandar qızı
Novruzova Nübar Qulu qızı
“Əməkdar artist”
Abdullayeva Mehriban Abdulla qızı
Əsədov İlham Əsəd oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Şərifova Güşvər Fətulla qızı
“Əməkdar mədəniyyət işçisi”
Rəhimli Rafiq Səfər oğlu.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Qasımov Tariel İsgəndər oğlu
“Tərəqqi” medalı ilə
Babayeva Məsumə Mustafa qızı
Babayeva Sona
Əliyev Rahib Səyidağa oğlu
Əsədov İsa Qadir oğlu
Hüseynova Kəmalə Müzəffər qızı
Muradxanlı Ələsgər Calal oğlu.