...

Prezident İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik edib

Siyasət Materials 10 Dekabr 2018 17:21 (UTC +04:00)
Prezident İlham Əliyev Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreyə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti