...

Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd ediləcək

Siyasət Materials 13 Dekabr 2018 09:22 (UTC +04:00)
Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək.
Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd ediləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək.

Trend-in məlumatına görə, Nova Qoritsa şəhərində keçiriləcək tədbirlərdə Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyatı və fəaliyyəti barədə məlumat veriləcək, onun İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı apardığı mübarizədə nümayiş etdirdiyi hərbi şücaətləri barədə xatirələr səsləndiriləcək.

Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Rauf Əliyev dekabrın 12-dən 14-ə qədər Sloveniyada səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti