Bakı. İlhamə İsabalayeva - Trend:
Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasının təsdiq edilməsi barədə qərar qəbul edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq edilib.