Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin spikeri Oqtay Əsədov Gürcüstanın ermənilər məskunlaşan ərazisində Birinci Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması məsələsinə münasibət bildirib.
Trend-in məlumatına görə, O.Əsədov bildirib ki, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstan səfirini nazirliyə dəvət edib və eləcə də Azərbaycanın Gürcüstandakı səfiri oranın Xarici İşlər Nazirliyində olub:
"Bu məsələ ilə bağlı iş gedir. Güman edirəm ki, gürcü hökuməti bu məsələyə diqqət edəcək və Azərbaycanın mövqeyi nəzərə alınacaq".