...

Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılmasına vəsait ayrılıb

Siyasət Materials 2 Fevral 2019 21:34 (UTC +04:00)
Prezident İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılmasına vəsait ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 933 900 (on milyon doqquz yüz otuz üç min doqquz yüz) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti