• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Trend İnformasiya Agentliyi Dubayda VII Dünya Hökumətlər Sammiti çərçivəsində nüfuzlu beynəlxalq xəbər agentliklərinin rəhbərlərinin toplantısında iştirak edir

10 Fevral 2019 08:00 (UTC+04:00)
  • 0
  • 0

Dubay. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi ilə bu gün Dubayda VII Dünya Hökumətlər Sammiti (World Government Summit 2019) öz işinə başlayır.

Trend xəbər verir ki, sammitdə Roma Papası Fransisk, UNESCO-nun baş direktoru Odri Azulay, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, bir sıra ölkələrin dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı beynəlxalq təşkilatlarının rəhbərləri və təmsilçiləri, sahibkarlar iştirak edirlər.

VII Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunan nüfuzlu beynəlxalq xəbər agentliklərinin rəhbərlərinin toplantısında iştirak etmək üçün Azərbaycandan Trend İnformasiya Agentliyinin rəhbərliyi də dəvət olunub. Sammitin sonunda dünyanın informasiya agentlikləri tərəfindən Tolerantlıq Xartiyası imzalanacaq.

Aparıcı xəbər agentlikləri və nəhəng media strukturlarının rəhbərləri sammit çərçivəsində uğurlu təcrübələrini bölüşəcək, medianın hazırkı və gələcək inkişaf gündəliyinə nəzər salacaq, xəbər sənayesində baş verən yenilikləri müzakirə edəcəklər.

Sammitdə Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun “Gələcək şəhərlərin qurulmasında 7 trend” mövzusunda çıxışı nəzərdə tutulur.

Tədbir çərçivəsində iqlim dəyişmələri və fiskal siyasətdən tutmuş dövlət xidmətləri və münaqişə sonrası sosial barışıq sahəsində innovasiyalara qədər bəşəriyyətin gələcəyini müəyyən edəcək həyati əhəmiyyətli sektorlar üzrə 200-dən çox interaktiv sessiyada təqribən 600 dünya şöhrətli məruzəçi iştirak edəcək.

Qeyd edək ki, “World Government Summit” dünya ticarətinin proqnozlaşdırılmasına həsr olunmuş bir neçə sessiyada keçiriləcək.

Xatırladaq ki, Dünya Hökumətlər Sammiti ilk dəfə 2013-cü ildə keçirilib və son altı ildə məqsədyönlü müzakirə platforması təşkil etməyə müvəffəq olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Birləşmiş Ərəb Əmirlikləri
  • Dubay
Digər xəbərlər
Bakıda 3-cü “Sənət, Əl işləri və Biznes” mövsuzunda satış sərgisi keçirildi (FOTO)
Cəmiyyət 5 Dekabr 15:15
“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atıb (FOTO)
İqtisadiyyat 21 Noyabr 11:11
BƏƏ və Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Siyasət 13 Noyabr 09:14
BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək
Biznes və iqtisadiyyat xəbərləri 8 Noyabr 16:07
Bu gün ilk ərəb kosmonavt səmaya uçacaq
Dünya xəbərləri 25 Sentyabr 09:45
Elmar Məmmədyarov BƏƏ-dən olan həmkarı ilə görüşüb
Siyasət 24 Sentyabr 01:21
Xəbər lenti
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Gündəm 10:09
ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib (FOTO)
Cəmiyyət 10:02
Bakıda sənaye məhsulları və xidmətlərinin dəyəri 32 milyard manatdan çox olub
Cəmiyyət 09:56
ASK və Azərbaycan Dövlət Aqrar Universiteti arasında Anlaşma Memorandumu imzalandı (FOTO)
Cəmiyyət 09:53
Nazir: Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır
Biznes və iqtisadiyyat xəbərləri 09:42
Atəşkəs rejimi pozuldu - 23 dəfə
Dağlıq Qarabağ Münaqişəsi 09:38
Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər
Hadisə 09:33
Dekabrın 6-da xarici valyutaların manata qarşı məzənnələri
İqtisadiyyat 09:29
Bərdədə 3 otaqlı ev yanıb
Hadisə 09:20
Ən çox oxunanlar
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
AAYDA Bibiheybətdəki sürüşmə ilə bağlı ittihamlara cavab verdi
Sabunçu bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB)
Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib
Nəzər nöqtəsi
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Elxan Ələsgərov: Yeni parlamentə vacib qanunvericilik qərarları qəbul edəcək gənc kadrlar cəlb etmək lazımdır (VİDEO)
Səfir: Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri