...

Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü (FOTO)

Siyasət Materials 14 Fevral 2019 19:06 (UTC +04:00)
Quba şəhəri azərbaycanlılarla yəhudilərin sülh içində yaşadığı yeganə məkan olmayıb
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü (FOTO)

Bakı. Trend:

Quba şəhəri azərbaycanlılarla yəhudilərin sülh içində yaşadığı yeganə məkan olmayıb.

Erməni millətçilərinin keçirdiyi etnik təmizləmələrdən əvvəl onlar Ermənistanda Yexeqnadzor rayonunun Yexeqis kəndində dini və etnik uzlaşma şəraitində yaşayırdılar. Bu kənd Yexeqnadzor şəhərindən 18 kilometr, Yerevandan 135 kilometr məsafədə, qədim Dərələyəzin ətəklərində dəniz səviyyəsindən 1640 metr hündürlükdə yerləşir.

Hələ 1996-cı ildə alimlər Ermənistanın bu ərazilərində vacib arxeoloji kəşflər edib, üzərində Azərbaycan yazıları ilə yanaşı, həm də qədim yəhudi aramey dillərində mətnlər olan başdaşları aşkarlayıblar. Tapılan qəbirlər XIII əsrin ortalarına, bəziləri isə 1337-ci ilə aiddir və təkcə yəhudi icmasının Ermənistan ərazisində qədim dövrlərdən yeni dövrədək yaşadıqlarının deyil, həm də onların bu bölgədə üstünlük təşkil edən azərbaycanlı əhali ilə birgəyaşayışının sübutudur.

Aydındır ki, yəhudi icmasının Ermənistandan köçünə onların qonşularının – Dərələyəz mahalının köklü sakinləri, Yexeqis azərbaycanlılarının qovulması yol açıb. Gürcüstan və Azərbaycanda yəhudi icmalarının çiçəklənməsi fonunda Ermənistandan yəhudilərin köçü azərbaycanlıların soyqırımı kimi erməni xalqının tarixində qara ləkədir. Azərbaycanlı, türk, kürd, assuriyalı, yezid, molokan, yunan və yəhudilərə qarşı ardıcıl etnik təmizləmə siyasəti sayəsində Ermənistan əhalisinin 99 faizdən çoxunun Yaxın Şərqin fərqli ölkələrindən gələnlər təşkil edən monoetnik dövlətə çevrilib. Amma möcüzə sayəsində qorunub saxlanmış azərbaycanlı-yəhudi qəbiristanlığı bu bölgənin real tarixinin maddi sübutudur. Kəndin kənarında, yəhudi qəbiristanlığını azərbaycanlı qəbiristanlığından ayıran çayın digər sahilinə körpü aparır ki, bu da Yexeqisi bugünədək azərbaycanlılarla yəhudilərin vahid ailə kimi yaşadığı Quba ilə doğmalaşdırır.

"Baku Network"

Ekspert Şurasının rəhbəri

Fəlsəfə doktoru Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun: https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube kanalı: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg

Məqalədə:
Xəbər lenti

Xəbər lenti