Bakı. Elnur Bağışov - Trend:
İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Məlumata əsasən, nazir martın 14-də Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasında iştirak edəcək.
Komissiyanın iclası martın 13-də işə başlayacaq və Azərbaycan-İran işçi qrupları iclasının gündəmini müzakirə edəcək.