...

Komitə rəsmisi: Ermənilər "Böyük Ermənistan" arzularını gerçəkləşdirmək üçün Azərbaycan abidələrini dağıdıb məhv edirlər

Siyasət Materials 28 Mart 2019 11:56 (UTC +04:00)
Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal olunmuş Azərbaycan ərazilərində milli-mənəvi abidələrimizi məhv edir.
Komitə rəsmisi: Ermənilər "Böyük Ermənistan" arzularını gerçəkləşdirmək üçün Azərbaycan abidələrini dağıdıb məhv edirlər

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal olunmuş Azərbaycan ərazilərində milli-mənəvi abidələrimizi məhv edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı deyib.

S.Salahlı bildirib ki, milli-mənəvi abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir:

“Onlar bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqları iddiasındadırlar. Özlərinin "Böyük Ermənistan" arzularını gerçəkləşdirmək üçün bu abidələrimizi dağıdıb məhv edirlər".

Komitə rəsmisinin sözlərinə görə, ermənilər bu abidələri tarixboyu 4 istiqamətdə dağıdıblar:

"Birinci tamamilə uçururlar, ikincisi bu abidələri özgələşdirib, dəyişdirirlər, üçüncüsü bu abidələri tamamilə yer üzündən silirlər, dördüncüsü isə erməniləşdirirlər. Bununla da bu ərazilərdə azərbaycanlıların çox gec məskunlaşdıqlarını və abidələrini özlərinə məxsus olduqlarını bəyan edirlər”.

S.Salahlı vurğulayıb ki, qədim Azərbaycan torpaqlarında, eləcə də Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidə, 67-si məscid, 140-ı ziyarətgah, 140-ı isə məbəddir:

“Ermənilərin bu siyasəti dünya xalqları tərəfindən qəbul edilməsə də, təəssüf ki, buna qarşı nə böyük təşkilatlar, nə də böyük dövlətlər münasibət göstərmir. Bir çox hallarda bu prosesləri görməzliyə vurur, ən yaxşı halda isə sükutla üzərindən keçirlər. Amma təbii ki, biz bu işğalçı siyasətlə barışa bilmərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti